Yanvarın 1-dən etibarən Almaniya NATO-nun 11,5 min nəfərlik Çevik Reaksiya Qüvvələri qrupuna rəhbərlik edəcək.
Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
“Bazar günü (1 yanvar 2023-cü il) Almaniya NATO-nun ən yüksək hazırlıqlı hərbi hissəsinin komandanlığını öz üzərinə götürəcək. Bir neçə gün ərzində özünün minlərlə hərbçisini yerləşdirilmə üçün hazır vəziyyətə gətirəcək”, – deyə məlumatda qeyd edilir.
Mənbə: TASS