Almaniya 2025-ci ildən NATO -nu müdafiə etmək üçün 30 min Bundesver əsgərini saxlamağa hazırlaşır.
Müstəqil.Az xəbər verir ki, bu barədə o, NATO-nun baş katibi Yens Stoltenberqlə danışıqlardan sonra müvafiq bəyanatla çıxış edib.
Kanslerin qeyd etdiyi kimi, 2022-ci ildə Bundesver NATO-nun Çevik Cavab Qüvvələrinə (NATO Cavab Qüvvələri) 14 mindən çox əsgəri “hazır saxlayır”, gələn il isə 17 min əsgər əlavə edəcək.
Onun sözlərinə görə, Bundestaq müttəfiqlərini qorumaq missiyasını artırmağı planlaşdırır.
“2025-ci ildən NATO-nu təmin etmək üçün 30 min alman əsgərinin yüksək hazırlıq vəziyyətində saxlanılması planlaşdırılır”, – deyə siyasətçi bildirib.
Bundan əvvəl Almaniyanın müdafiə naziri Kristina Lambrecht bildirmişdi ki, Almaniya silahlı qüvvələrinin vəziyyəti, əgər ölkə öz ehtiyatlarından olan silah və sursatların böyük hissəsini Ukraynaya ötürməsəydi , daha yaxşı olardı.
Müstəqil.Az