Almaniya Parlamentinin Büdcə Komitəsi ölkənin Silahlı Qüvvələri üçün dörd yeni “Patriot” hava hücumundan müdafiə sisteminin alınması ilə bağlı razılığa gəlib.
xəbər verir ki, bu barədə “Handelsblatt” məlumat yayıb.
Nəşr qeyd edir ki, sövdələşmənin ümumi dəyəri 1,3 milyard avro təşkil edir.
Bir müddət öncə Bundesver Ukraynaya iki “Patriot” zenit-raket kompleksi göndərib, bu səbəbdən Almaniya ordusunda cəmi on belə qurğu qalıb.