Almaniya Avropa İttifaqından Ukraynaya 8 milyard avroluq makromaliyyə yardımının verilməsinə mane olur.
Müstəqil.Az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparatının rəhbərinin müavini İqor Jovkva brifinqdə məlumat verib.
“Biz daha 8 milyard avro ayrılacağını gözləyirik. Təəssüf ki, Avropa İttifaqının bəzi dövlətləri, xüsusən də Almaniya hələlik bu məsələyə baxılmasına mane olur və Ukrayna prezidenti öz tərəfdaşları ilə fəal danışıqlar aparır”, – Jovkva bildirib. .
Bundan əvvəl Ukraynanın baş naziri Denis Şmıxal bildirib ki, Kiyev Avropa İttifaqından 500 milyon avro dəyərində makromaliyyə yardımının birinci tranşını alıb. Ölkənin Maliyyə Nazirliyi qeyd edib ki, bu pullar dövlət büdcəsinin ilk ehtiyaclarının maliyyələşdirilməsinə yönəldiləcək və ölkədə maliyyə sabitliyinin qorunmasına kömək edəcək.
Avropa İttifaqı Ukraynaya 1 milyard avroluq yeni kreditin ayrılmasını təsdiqləyib.
Müstəqil.Az