Almaniya Ukraynaya hərbi yardım edəcəyini açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Almaniyanın xarici işlər naziri Annalena Berbok açıqlama verib.
“Biz Ukraynanın və Ukrayna xalqının tərəfindəyik. Nə qədər ki, Ukrayna və Ukrayna xalqının bizə ehtiyacı var, biz onların yanında olacağıq. Biz Ukraynaya lazım olan qədər silah verəcəyik”, – deyə nazir əlavə edib.