Almaniya Ukraynaya silah yardımı edilməsinin artıq mümkün olmadığını açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Almaniyanın müdafiə naziri Kristin Lambrext açıqlama verib.
“Müdafiə naziri kimi etiraf etməliyəm ki, Almaniya Silahlı Qüvvələri Ukraynanı silahla təmin edə bilməyəcək”, – nazir bildirib.
Rusiyaya qarşı müdafiə məqsədi ilə Almaniya Silahlı Qüvvələrinin ehtiyatlarından Ukraynaya silah yardımı edildiyini bildirən Lambrext, yardımların davam edəcəyi təqdirdə “Almaniya Silahlı Qüvvələri milli və müttəfiqlik müdafiəsini təmin etməkdə problemlər yaşaya bilər” deyib.