“Almaniya Ukraynaya təslim olmağı təklif edib”

“Almaniya Ukraynaya təslim olmağı təklif edib”

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson CNN Portuqaliya telekanalına müsahibəsində fevralda Rusiyanın xüsusi əməliyyatının başlamasından sonra müttəfiqlərin Ukraynada münaqişənin həlli perspektivlərini necə dəyərləndirdiyi barədə danışıb.

“Qafqazinfo” xəbər verir ki, Consonun sözlərinə görə, dövlətlər fərqli reaksiya verib, məsələn, Almaniya Ukraynaya təslim olmağı təklif edib.

“Almaniya nə vaxtsa inanırdı ki, əgər bu baş versə, bu, fəlakət olacaq, o zaman hər şeyi mümkün qədər tez bitirib Ukraynaya təslim olmaq daha yaxşı olar”, – Conson bildirib.

O əlavə edib ki, Fransa son ana qədər açıq qarşıdurma ehtimalına inanmayıb. 


Share: