Bundestaqın Müdafiə Komitəsinin üzvü Yan Nolte bildirib ki, Berlin “Tornado” döyüş təyyarələrinin Kiyevə verilməsinə razılıq verə bilər.
xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
Noltenin sözlərinə görə, “Tornado”lar köhnəlmiş təyyarələrdir və çox da yaxşı vəziyyətdə deyillər. Hazırda onların Ukrayna tərəfinə tədarük edilməsi “qırmızı xətt kimi qəbul edilir”, lakin bu, gələcəkdə baş verə bilər.
Onun sözlərinə görə, siyasətçilər çox vaxt Ukraynaya təyyarə göndərmək istəmirlər, çünki onlar münaqişənin kəskinləşməsindən qorxurlar və Kiyevin onlardan dəqiq necə istifadə edəcəyini bilmirlər.