Almaniyanın xarici işlər naziri Annalena Berbok “Fox News” telekanalına müsahibəsində Çin lideri Si Cinpini “diktator” adlandırıb.
Onun fikrincə, Rusiyanın Ukrayna müharibəsini uğurla başa çatdırması Çin üçün bir siqnal olacaq.
“Rusiyanın qələbəsi bu dünyanın Si Cinpin kimi diktatorları üçün işarə olardı”, – deyə Berbok bildirib.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Co Bayden də Çin liderini “diktator” adlandırıb.
Mənbə: news.az