Almaniyanın xarici işlər naziri Annalena Berbok Qəzza zolağında fələstinliləri yardımla təmin etmək üçün yeni humanitar atəşkəs çağırışı edib.
xəbər verir ki, bu barədə Annalena Berbok misirli həmkarı Sameh Şukri ilə Qahirədə keçirdiyi mətbuat konfransında deyib.
O deyib ki, İsrail ordusu daha az intensiv, daha məqsədyönlü antiterror əməliyyatı aparmalıdır.
“Və daha çox humanitar fasilələrə ehtiyacımız var ki, insanlara əhəmiyyətli dərəcədə daha çox yardım paylana bilsin”, almaniyalı nazir vurğulayıb.
“İsrail ordusu Qəzzadakı mülki insanları qorumaq üçün daha çox işlər görməlidir”, deyən Berbok bir daha İsrail və Fələstinlilər arasında iki dövlətli həllin tərəfdarı olduğunu vurğulayıb.
“Bu qədər günahsız fələstinlinin iztirabları belə davam edə bilməz”, – deyə o bildirib