Almaniyanın Hannover şəhərində (Aşağı Saksoniyanın inzibati mərkəzi) İkinci Dünya Müharibəsindən qalan mərminin zərərsizləşdirilməsi əməliyyatı ilə əlaqədar bazar günü 8 mindən çox insan təxliyə edilib.
Bu barədə yerli yanğınsöndürmə idarəsi məlumat yayıb.
Salkamp şəhər ərazisi sakinləri mərminin tapıldığı yerdən 1 km radiusdakı evlərini tərk etməli olublar.
Qeyd edək ki, Britaniya istehsalı olan sursat gecikmiş fəaliyyət qoruyucusuna malikdir. Onun çəkisi yarım tondur.
Mütəxəssislər mərmini tədqiq etdikdən sonra onu yerində partlatmaq qərarına gəliblər.
Mənbə: TASS