Almaniyada ilk dəfə azan səsgücləndiricidən verildi — Video

Almaniyada ilk dəfə azan səsgücləndiricidən verildi — Video

Almaniyanın Köln şəhərində ölkə tarixində ilk dəfə olaraq cümə günü azan səsgücləndirici vasitəsilə səsləndirilib.

“Qafqazinfo” “Takvim” nəşrinə istinadən xəbər verir ki, azan Almaniyanın ən böyük məscidi olan Köln Mərkəzi Məscidində səsləndirilib. Hadisə şəhərdə yaşayan müsəlmanların sevincinə səbəb olub. 

Bildirilir ki, Köln Böyükşəhər Bələdiyyəsi sözügedən şəhərdə 2 il boyunca cümə günləri azanın səsgücləndirici ilə verilməsinə icazə verib. 

Məlumata görə, yerli saatla 12:00 – 15:00 arası 5 dəqiqəni keçməmək sürəti ilə azanı səsgücləndirici ilə səsləndirmək mümkün olacaq. 

Qeyd olunub ki, layihə Kölnün bələdiyyə sədri Henriet Rekerin təşəbbüsü ilə başladılıb.

 


Share: