Almaniyada ilk peyvənd 101 yaşlı qadına vuruldu

Almaniyada ilk peyvənd 101 yaşlı qadına vuruldu

Almaniyada koronavirus əleyhinə ilk peyvənd Saksoniya-Anxalt federal ərazisindəki qocalar evində yaşayan 101 yaşlı qadına – Edit Kvoyzalla vurulub.

Müstəqil.Az  yerli KİV-ə istinadən bildirir ki, daha sonra qocalar evinin digər sakinləri, eləcə də işçi heyət peyvənd olunub.

Qeyd edək ki, bu gün Biontech/Pfizer vaksininin ilk partiyası Almaniyaya gətirilib. Şimali Reyn-Vestfaliyanın rəhbəri Armin Laşetin sözlərinə görə, bu partiya 16 federal ərazi arasında bərabər bölünəcək.

Almaniya Səhiyyə Nazirliyinin qəbul etdiyi milli plana əsasən, ölkə üzrə peyvəndləmə dekabrın 27-də başlanacaq. İlk növbədə 80 yaşdan yuxarı insanlar, qocalar evlərinin işçiləri və orada yaşayanlar, həmçinin risk zonasında hesab olunan tibb heyəti peyvənd olunacaq.

Müstəqil.Az

Share: