Sentyabrın 28-də Almaniyada yaşayan diaspor fəalı Rəna Nizami tərəfindən Düsseldorf şəhərində “Mavi sevgi bağı” adlı tədbir keçirilib. “Diaspornews.az” xəbər verir ki, tədbirdə Düsseldorf və ətraf şəhərlərdə yaşayan soydaşlarımız iştirak ediblər. Tədbir keçirilən zal mavi çalarlarla göz oxşayıb. Mavi şirniyyatlar, mavi ürəklər, geyimi ilə də konsepti tamamlayıb. Orada divarda ağac şəklinə isə mavi 84 dənə mavi ürəklər yapışdırılıb. Mavi kağız ürəklərdə gözəl xoş sözlər arzu olaraq yazılıb. Hər kəs mavi kağız ürəyi götürüb oxuyub sevinib.
Öncə tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğurunda canlarını fəda edən şəhidlərimizi bir dəqiqəlik sükutla yad ediblər. “Mavi sevgi bağı” tədbirinin təşkilatçısı Rəna Nizami “Sevgi paylaşaraq çoxalır” şüarı altında hər kəsi sevməyə, mehriban olmağa, “can deyib can eşitməy”ə, qürbət eldə doğmalaşmağa, bir olmağa çağırıb.
Tədbirdə sevginin yaşı olmadığı, sevmək, sevilməyin gözəl olduğu iştirakçılara aşılanıb. Sevgiyə aid videogörüntüdən sonra, əyləşən xanımlara qızıl gül paylanıb. Elə qadınlar var ki, ömründə bir dəfə də olsun gül hədiyyə olunmayıb. Kövrələnlər və çox sevinənlər olub.
Bu tədbirdə Rəna Nizami könüllərə toxunub. Orada sorğu, suallar olub və insanlar keçmiş günləri xatırlayıblar. “Hansı arzunuz arzu olaraq qalib?” sualına isə bir neçəsi arzularının qaldığını söyləyiblər. Rəna Nizami orada belə onlara “Arzular arzu olaraq qalmamalıdır” deyib. Arzularının həyata keçməsinə yol göstərib.
Tədbirdə səmimi çıxışlar olub. Rəna Nizami sevgininin bütün qapıları açacağını, pozitivliyin həyatımıza işıq saçacağını bir daha göstərməyə çalışıb.