Almaniya vətəndaşlarının 75 faizi hər il yay vaxtına keçilməsinə qarşı olduğunu bildirib.
Bu barədə “YouGov” sosioloji institutunun apardığı sorğunun nəticələrində qeyd olunub.
Belə ki, martın 17-dən 21-dək aparılan araşdırmada 2 046 nəfər iştirak edib.
Sorğuda iştirak edən almanların 75%-i saatların mövsümi dəyişməsinin əleyhinə olduğunu bildirib.
Respondentlərin yalnız 18%-i əks fikir bildirib.
Beləliklə sosioloqlar müəyyən ediblər ki, almanlar “yay-qış vaxtı”nın tətbiqi ilə bağlı məsələdən imtinanın tərəfdarıdırlar.
Mənbə: DPA