Almanlar yunanların yalanını ortaya çıxardı – Foto

Almanlar yunanların yalanını ortaya çıxardı – Foto

Yunanistan hökuməti Türkiyədən göndərilən miqrantları geri qaytarmadığını iddia etsə də, Almaniya televiziya kanalı yunanların yalanını ortaya çıxarıb.

Müstəqil.Az xəbər verir ki, Almaniyanın ZDF telekanalı Yunanıstan sahil təhlükəsizlik gəmilərinin qaçqınları daşıyan qayığın qarşısını kəsməsini görüntüləyib. Belə ki, ZDF komandası Lesbos adası yaxınlığında Türkiyə Sahil Təhlükəsizlik Qüvvələrinin müşayiəti ilə yoxlama aparıb. İki yunan gəmisinin miqrantların olduğu rezin qayığı mühasirəyə alaraq hərəkətsiz hala gətirdiyi görüntülərdə əks olunub.

Müstəqil.Az

Share: