Almatıda etirazçılar jurnalistlərə atəş açıb, ölən var

Almatıda etirazçılar jurnalistlərə atəş açıb, ölən var

Cümə axşamı, yanvarın 6-da, axşam saatlarında “Almatı” telekanalının çəkiliş qrupu atəşə tutulub. Bildirilir ki, hadisə zamanı avtomobilin sürücüsü həlak olub, jurnalistin isə bir neçə barmağı zədələnib, o, xəstəxanaya yerləşdirilib. Bu barədə Orda.kz saytı məlumat yayıb.

Telekanalın informasiya proqramları departamentinin direktoru Aygerim Sekerbekkızı əməkdaşın ölümü və jurnalistin yaralanması ilə bağlı açıqlama verməkdən imtina edib.

Müstəqil.Az

Share: