AMEA-da qarşıdurma. Akademiyanın müxbir üzvü AAK-nın sədrini ittihan etdi

AMEA-nın müxbir üzvü Şahbaz Muradov aclıq elan etməyə hazırlaşır

Müstəqil.Az xəbər verir ki, professor bunu özü açıq şəkildə elan edib.

Belə ki, fevralın 14-də AMEA Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin illik hesabatı dinlənilərkən AMEA-nın müxbir üzvü, İqtisad elmlər doktoru, professor Şahbaz Muradov Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsiniu icra edən professor Vəli Hüseynovun ünvanına sərt ittihamla çıxış edib. O,  Ali Attestasiya Komissiyasının sədrinin onunla düşmənçilik apardığını xüsusi olaraq bəyan edib: “AAK mənim qaynımın qızının dissertasiyasını uzun müddətdir təsdiq etmir. Bu mənə qarşı düşmənçilikdir”.

Sonra Akif müəllim (AMEA prezindenti akademik Akif Əlizadə nəzərdə tutylur – red) və İsa müəllim (AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli nəzərdə tutlur – red) müraciət edib: “Sizə müraciət edirəm: əgər bu məsələni bir həftəyə həll etməsəniz, mən Prezident Aparatının qabağında aclıq elan edəcəyəm”.

Müstəqil.Az

Share: