AMEA İqtisadiyyat İnstitutunda aparılan elmi-tədqiqat plan işlərinin keyfiyyətini yüksəltmək və əməkdaşları əlavə stimullaşdırmaq məqsədilə müsabiqə keçiriləcək.
Müstəqil.Az xəbər verir ki, İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) bununla bağlı imzaladığı əmrə əsasən, 2017-ci ildə yerinə yetirilən tədqiqatlar üzrə müsabiqə keçirilməsi üçün müsabiqə qaydaları təsdiqlənib, habelə müvafiq müsabiqə komissiyası yaradılıb.
Komissiyanın sədri institutun elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru Rəsmiyyə Abdullayeva, üzvləri – iqtisad elmləri doktoru, professor Tərbiz Əliyev və iqtisad üzrə fəlsəfə doktoru Ramil Əliyevdir.
Qaydalara əsasən, institutun şöbə müdirləri noyabrın 30-na kimi ümumi hesabatları, dekabrın 10-na kimi isə əməkdaşların yerinə yetirdikləri fərdi plan elmi-tədqiqat işlərini qiymətləndirərək müsabiqə komissiyasına təqdim etməlidirlər. Müsabiqənin qalibi olan şöbələrə və əməkdaşlara fəxri diplomlar və institutun büdcədənkənar vəsaitləri hesabına pul mükafatları veriləcək.
Belə ki, şöbə hesabatları üzrə qaliblərə
1-ci yer (bir mukafat) – 1500 manat,
2-ci yer (iki mükafat)| – 1000 manat,
3-cü yer (uç mükafat) – 500 manat,
fərdi hesabatlar üzrə isə
1-ci yer (bir mükafat)| – 600 manat,
2-ci yer (iki mükafat) – 400 manat,
3-cü yer (üç mükafat) – 200 manat mükafat nəzərdə tutulur.
Müstəqil.Az