Artıq neçə həftədir ki, mədəniyyət kanalında yayımlanan muğam müsabiqəsinə tamaşa edirik…
Ruhumuzu bunun qədər oxşayan və qidalandıran ikinci bir verilişi təsəvvür etmək mümkün deyil. Təbii ki, bu fikri muğamsevərlərə aid etmək mümkündür.
Bu müsabiqəyə tamaşa etməklə əməlli-başlı muğam təhsili almaq fürsətini qaçırmırıq. Nə qədər bilsək də yenə də öyrənirik, çünki muğam çox dərin xəzinədir. Bildiyim qədər 7 əsas muğam dəsgahının bütünlüklə şöbələrinin sayı 124-dür. Qeyd edim ki, 124 rəqəmi bizə müqəddəs peyğəmbərlərimizin sayında da öz əksini tapır.
Azərbaycan Cumhuriyyətinin də ərazisi 124 kv.km olub. Amma bu sahədə də qanımızı qaraldan məsələ yenə də bədxah qonşularımıza aparıb çıxarır.
Muğamlar ifa olunarkən ayrı-ayrı şöbələrin adları titrdə qeyd olunmasın. Bununla istənilən muğamı öyrənib mənimsəmək olar. Onda eşidəcəyik ki, ermənilər də orta musiqi ixtisas məktəblərində muğam tədris edirlər. Onlardan nə desəniz gözləmək olar. Necə ki, aşıq sənətini mənimsəyərək “erməni aşıqları” kimi absurd bir folklor nümunələrini nümayiş etdirməkdən belə usanmırlar.
Tale bizə çox namərd, abırsız və həyasız qonşu qismət edib. Odur ki, ayrı-ayrı muğam şöbələri ifa olunarkən televiziya titrlərində onların adları yazılmasın… Söz yox, artıq muğamlarımız UNESCO-da Azərbaycan mədəniyyətinə aid irs olaraq qeydiyyata alınıb.
Bununla belə, muğamlarımızı qorumağın də fərqində olmalıyıq, amanın günüdür ! (((
Şahin Bağırov
Müstəqil.Az