Türkiyə və ABŞ ordularının Münbiçdə üz-üzə gəlməsi qaçılmazdır.
Publika.az xəbər verir ki, bu barədə CNN telekanalının məlumatında deyilir.
Telekanal ABŞ-ın uzun müddət Türkiyə ilə üz-üzə gəlməkdən qaçdığını qeyd edir: “Lakin bu, artıq qaçılmazdır”.
Amerikalı general Paul Funk CNN-yə açıqlamasında Türkiyəyə müharibə elanı kimi səslənən ifadələr işlədib.
“Əsgərlərimizə qarşı hər hansı təhdid olmasından narahatıq. Lakin belə bir vəziyyət yaranacaqsa, özlərini müdafiə edəcəklər”, – deyə amerikalı general Türkiyəyə “Münbiçə girmə, yoxsa vuracağıq” mesajını verib.
Müstəqil.Az