ABŞ Prezidenti Donald Trampın ən böyük qorxusu İranın regional gücə sahib olmasıdır.
Müstəqil.Az xəbər verir ki, bu sözləri amerikalı yazar, “İranı müdafiə edərkən” kitabının müəllifi Filip Villito qeyd edib.
O bildirib ki, Tramp administrasiyası məhz bu qorxusu səbəbindən nüvə proqramını bəhanə edərək davamlı təzyiqlərlə Tehranın bölgədəki nüfuzunu zəiflətmək məqsədi güdür:
“Trampın diplomatiyadan anladığı tək şey “dəhşətdir”. Bu səbəbdən müzakirə təklifi də qarşı tərəfi təslim olmağı sövq edir. Məncə, administrasiya İran rəsmilərini ciddiyə almır. Onlar İranın boyun əyməyəcəyini anlamırlar”.
Kamran Ə.