“ANA DİLİ” günü -Mina Rəşidin hekayəsi

“ANA DİLİ”  günü -Mina Rəşidin hekayəsi

Düşündüyümü görüb anam mənə ip ucu verdi. Hekayəmi bitirdim.

-Doğma Vətənim Azərbaycanın bu gün bayrağı, gerbi, himni və öz dili var. Biz bunları asan əldə etməmişik. Tariximizdə yurdumuza, onun dilinə çox hücumlar olub. Ötən il Prezident və Ali Baş Komandanımız İlham Əliyevin ciddi siyasəti və Ordumuzun gücü sayəsində Qarabağımız erməni quldurlarından azad edildi. Biz böyük ZƏFƏR qazandıq! Ölkə başçısının Ana dilimizdə söylədiyi  “Yaşasın Azərbaycan!”, “Qarabağ Azərbaycandır!” kimi şüarları bütün dünyaya səs saldı. Öz haqqı uğrunda savaşaraq Zəfər qazanmış millət kimi dünya bizi öz dilimiz və əməlimizlə daha yaxşı tanıdı.

Anam qarabağlıdır. Qarabağ azad edildikdən sonra onun da üzü güldü. Anam deyir:

– Vətən müqəddəsdir. Vətən kimi Ana dilimizi də göz bəbəyimiz kimi qorumalıyıq.

Çox sevirəm yurdumun

Bayrağını, himnini.

Mən sevirəm anamı,

Həm də, Ana dilimi.

Müəllim hamımıza “5” yazdı və dedi:

– Afərin, Ana dilimizi həmişə belə uca tutun!

Hekayə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin sosial şəbəkə istifadəçiləri arasında keçirdiyi “Ana dili” adlı qısa hekayə müsabiqəsində onluğa daxil edilib.

Share: