Ana uşağının əl-ayağını bağladı və vəhşicəsinə… – Azərbaycanda ŞOK OLAY – FOTOFAKT

Azərbaycan rayonlarının birində valideynləri uşağın əl-ayağını bağlayaraq ona işgəncə verib.

Bu barədə Publika.az-a məlumat verən Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə hazırda həmin uşaqla bağlı daha ətraflı araşdırma aparmaq üçün onların yaşadığı rayona getdiyini deyib.

“Uşağa işgəncə verilməsi barədə xəbəri və onun fotosunu ailənin yaxın qohumlarından biri mənə göndərib. Biz də həmin məlumat əsasında araşdırmalara başladıq. Evdə balaca bir körpə də var, zorakılıq ancaq bu uşağa qarşı törədilib. Həmin fotonu paylaşan kimi Yerli icra Hakimiyyəti dərhal buna reaksiya verdi, yerli polis əməkdaşları qadından izahat alıb. Bu məsələdə hüquqi müstəvidə nə lazımdırsa, həyata keçirilib. Qadın özü də uşağa qarşı zorakılıq törətdiyini etiraf edib. Hadisədə başqa səbəblər də var.

Anası tərəfindən əl-ayağı bağlanaraq işgəncə verilən uşaqla bağlı daha ətraflı araşdırma aparacağıq. Səbəbindən asılı olmayaraq heç bir valideynin övladına qarşı bu cür addım atmağa haqqı yoxdur. Bizim əsas məqsədimiz isə uşağın vəziyyətini qiymətləndirib, onun reabilitasiya keçməsinə nail olmaqdır. Həm də ailənin ümumi vəziyyətini dəyərləndirəcəyik”.

Uşağın ailədən alınmasına gəldikdə, K.Ağazadə bu istiqamətdə ilk növbədə yerində araşdırma aparmağın vacib olduğunu deyib:

“Qadından izahat alınanıb, intizama verilib ki, bir daha uşağa qarşı belə hadisə törədilməyəcək. Hesab edirəm ki, bu cür hallarla mübarizəyə qarşı qanunlar sərtləşdirilməlidir. Biz bununla ailədə zorakılığa məruz qalan uşaqların hüquqlarını daha yaxşı qoruya bilərik”.

Share: