Ötün gün Qubadlıda minaaxtarma prosesi zamanı ANAMA-nın əməkdaşı, 1984-cü il təvəllüdlü Nəcməddin Hüseynov piyada əleyhinə minaya düşməsi nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alıb.
Əməliyyata cəlb olunan Dina ləqəbli minaaxtaran it isə tələf olub.
ANAMA-nın əməkdaşı Azər Hüseynov bildirib ki, həmin ərazidə mina olması ilə bağlı şübhələr olub.
Daha ətraflı Baku TV-nin süjetində: