Anar getsə, AYB dağılar fikri ilə razı deyiləm, amma Anar getsə, AYB bu AYB ola bilməz, bu, dəqiqdir.
Bunu APA-nın sualına cavab olaraq, Xalq şairi Ramiz Rövşən deyib.
Ramiz Rövşən Anarın birləşdirici xarakterinə diqqət çəkib: “Mən bir şeyi dəqiq deyirəm ki, bizdə vəzifədən daha çox vəzifədə şəxs və şəxsiyyət əhəmiyyət daşıyır. Bu, bir reallıqdır. Və Anardan sonra düşünürəm ki, o postda sədr olmaq istəyən də, ora tamah salan da olmayacaq. Çünki Anar qədər birləşdirici adam tapmaq çox çətindir. Bu birləşdirici xarakter çox böyük şərtdir”.
Xalq şairi yazıçı-oxucu əlaqəsinə də diqqət çəkib.
“Kimisə Yazıçılar Birliyinin sədrliyinə onun oxucuları və oxucu sevgisi gətirə bilər. Anarın yüz minlərlə oxucusunun olması həqiqətdir”, – Xalq şairi qeyd edib.