Mayın 27-si saat 15-də İçərişəhərdə Xalq yazıçısı Anarla görüş keçiriləcək.
Kulis.az xəbər verir ki, V Milli Kitab Sərgisi çərçivəsində təşkil olunan görüşdə yazıçı “Təhminə və Zaur” romanını oxucular üçün imzalayacaq.
Xatırladaq ki, 27 may – 4 iyun tarixlərində keçiriləcək V Milli Kitab Sərgisi hər gün saat 09.00-dan 20.00-dək fəaliyyət göstərəcək.
Tədbir çərçivəsində digər tanınmış dünya və Azərbaycan yazıçıları ilə də görüş və imza günləri nəzərdə tutulur.
Sərgiyə giriş sərbəstdir.