Anasını öldürməyə görə tutulan yeniyetmənin məhkəməsi başlayır

Anasını öldürməyə görə tutulan yeniyetmənin məhkəməsi başlayır

Anasını öldürməyə görə tutulan yeniyetmənin məhkəməsi başlayır

Sumqayıtda anasını öldürməkdə şübhəli bilinən yeniyetmənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

xəbər verir ki, istintaq orqanı tərəfindən Ə.Z.-nin cinayət işi üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Nahid Mirzəyevin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, hadisə bu ilin avqustun 21-i Sumqayıt şəhəri Corat qəsəbəsində baş verib. 1986-cı il təvəllüdlü Günay Zülfüqarovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, azyaşlı oğlunun isə xasarət alması faktı üzrə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanıb.

Polis əməkdaşları tərəfindən anasını kəsici alətlə qətlə, qardaşına xəsarət yetirməkdə şübhəli bilinən 2007-ci təvəllüdlü Ə.Z (şərti ad) saxlanılaraq istintaqa təhvil verilib.

Share: