Andrey Kortunov: “Avropa İttifaqının öz imicini dəyişməyə çalışdığı görünür”

Andrey Kortunov: “Avropa İttifaqının öz imicini dəyişməyə çalışdığı görünür”

Andrey Kortunov: “Avropa İttifaqının öz imicini dəyişməyə çalışdığı görünür”

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

“Çox uzun müddət belə hesab olunurdu ki, Avropa İttifaqı, Brüsseldəki Avropa bürokratiyası daha çox ermənipərəst mövqe tutub. Bu da onunla bağlıdır ki, Avropada, misal üçün, Fransa kimi böyük ölkələrdə böyük və siyasi cəhətdən fəal erməni diasporları var. Buna görə də Bakıda ənənəvi olaraq Aİ-nin vasitəçiliyinə nəzərəçarpacaq şübhə ilə yanaşırdılar, İrəvanda isə əksinə, Avropa İttifaqına böyük ümidlər bəsləyirdilər”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Rusiya Beynəlxalq Əlaqələr Şurasının baş direktoru Andrey Kortunov deyib.

O diqqətə çatdırıb ki, indi isə Avropa İttifaqının öz imicini dəyişməyə çalışdığı görünür.

“Brüsseldə keçirilən görüşdə Qarabağ və onun statusu məsələsinin dilə gətirilməməsi çox əlamətdardır. Doğrudan da, terminoloji baxımdan, bir çox ifadələr Ermənistandan daha çox, Azərbaycanın mövqeyinə uyğun gəlir. Bunu Avropa İttifaqının mövqeyini dəyişərək Ermənistanı dəstəkləməkdən imtina edib, Azərbaycanın tərəfini tutması kimi şərh etmək bir qədər çətindir. Buna baxmayaraq, Brüsselin hansısa balansı tapmağa çalışdığı görünür. Və aydındır ki, İrəvanda buna kifayət qədər ağrılı yanaşırlar, çünki onlar Brüsselin dəstəyini görməyə adət ediblər”.

Andrey Kortunovun radikal və revanşist ermənilərin əhaliyə, Ermənistan ordusuna, gəncliyə müraciət edərək “aldadıcı sülh dalanı”ndan imtina etmək çağırışlarına və bu dalğada Ermənistanda Nikol Paşinyanın devrilməsi ilə nəticələnə biləcək kütləvi iğtişaşların nə qədər gözlənilən olub-olmadığına dair şərhi isə belə olub:

“Əlimizdə Ermənistanda keçirilən son seçkilərin nəticələri var. Bu, ümumiyyətlə, tarixdə çox nadir rast gəlinən haldır ki, böyük bir münaqişədə məğlub olan şəxs təkrar seçkilərdə inamlı qələbə qazanır. Bu, Paşinyanın mövqeyinin möhkəm olmasından, opponentlərinin isə zəifliyindən xəbər verir. Ermənistan cəmiyyəti, mənə elə gəlir ki, radikalları dəstəkləməyə hazır deyil. Mən Paşinyanın devriləcəyinə çox da inanmıram. Əgər o, öz populyarlığını, gücünü itirəcəksə, bu, yığılıb qalan daxili sosial, iqtisadi problemlərlə bağlı olacaq. Bu problemlərdən Ermənistanda çoxdur və onlar o qədər də tez həll olunmur. Amma mən radikalların qələbəsinə inanmıram, mənə elə gəlir ki, onların sosial bazası məhduddur. Lakin bu o demək deyil ki, onlar hərəkətə keçməyəcəklər. Ona görə də bəzi yerli insidentlər mümkündür”.

Nair Əliyev

Share: