Ankara ilə Berlin arasında buzlar əriyir – Ərdoğan 4 ildən sonra ilk dəfə Almaniyaya səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2014-cü ildən bəri ilk dəfə Almaniyaya səfər etmək niyyətindədir.

 

Müstəqil.az Reuters agentliyinə istinadən xəbər verir ki, bu Ərdoğanın Türkiyə prezidenti kimi Almaniyaya ilk səfəridir.

Agentlik bu məlumatı Bild qəzetinin Berlin və ankaradakı mənbələrinə istinadən yayıb.

 

Mənbənin bildirdiyinə görə səfərin bu ilin sentyabrına planlaşdırıldığı bildirilir.

Ərdoğanı Almaniya prezidenti Frank Volter Ştanmayer hərbi mərasimlə və ziyafətlə qəbul edəcək.

Almaniya və Türkiyə hökuməti agentliyin bu məlumatın şərh verməkdən imtina edib.

 

Qeyd edək ki, Almaniya və Türkiyə arasında münasibətlər 2016-cı ildə hökumət çevrilişinə cəhddən sonra gərginləşib. Həmin vaxt Türkiyədə Almaniyanın Die Welt nəşrinin jurnalisti Deniz  Yutselin həbsi bu işdə əsas rol oynadı. Yutsel terrorizmin təbliği və Alman kəşfiyyatı üçün işləməklə ittiham olunub.

Share: