Ankarada 1 mayda terror planlaşdırılırmış – İŞİD-çilər saxlanıldı

Türkiyənin paytaxtı Ankarada 1 May bayram mitinqləri zamanı terror aktları həyata keçirməyi planlaşdıran 22 İŞİD üzvü saxlanılıb.

Saxlananlardan 17 nəfəri İraq, digərləri Suriya vətəndaşıdır.

Polisin evlərdə apardığı axtarışlar zamanı çoxlu sayda odlu silah və partlayıcı maddələr aşkar edilib.

Qeyd edək ki, bu gün Trabzonda da 5 İŞİD üzvü saxlanılmışdı. (trend)

Share: