Ankarada 17 yaşındakı C.B. zərgərlik mağazaları və valyutadəyişmə məntəqələrinə atəş açıb.
Müstəqil.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində biri uşaq olmaqla, 8 nəfər yaralanıb.
Hadisənin səbəbi hələlik məlum deyil. Narkotik maddədən asılılığı olduğu deyilən silahlının saxlanılması üçün əməliyyat başlayıb.