Ankaradan Bakıya növbəti Qarabağ dəstəyi – Foto

Millət vəkili Qənirə Paşayeva Efelər bələdiyyə başqanı Məsud Özakcanla görüşüb.

Müstəqil.Az xəbər verir ki, görüşdə Dağlıq Qarabağ məsələsi və Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı istiqamətində geniş müzakirələr aparılıb.

Bələdiyyə başqanı Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu bildirib:

“Ankara Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə bağlı haqlı davasında hər zaman Bakını dəstəkləyəcək”.

Q.Paşayeva görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhər və bələdiyyələrinin qardaşlaşması məsələsinə də toxunub.

Məsud Özakcan rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi diqqət edəcəyini və qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib.

Millət vəkili həmçinin Efelər Türk Ocaqları, bölgə aydınları, QHT və KİV rəhbərləri ilə də görüşüb. O, Azərbaycan, Türkiyə və türk dünyası həqiqətlərinin dünyada daha geniş yayılması istiqamətində QHT və KİV-lərin üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib.

Deputat bu istiqamətdə konkret təkliflərlə çıxış edib və onları Azərbaycana dəvət edib.

Q.Paşayeva səfər əsnasında Efelərdə şəhid ailələri və qaziləri də ziyarət edib.

Aygün Y.

Share: