Antalyada rusiyalı turistin çamadanından çıxanlar — Video

Antalyada rusiyalı turistin çamadanından çıxanlar — Video

Antalyada 5 ulduzlu hotellərdən birində qalan rusiyalı turistlə bağlı qəribə hadisə yaşanıb.

“Qafqazinfo” “Sözcü”yə istinadən xəbər verir ki, hotelin təmizlik personalı adı açıqlanmayan rusiyalı turistin otağını təmizləmək istədikdə həmin şəxsin hotelə aid əşyaları topladığını aşkar edib.

Belə məlum olub ki, turist hotelin səhər yeməyinə aid çox sayda məhsulları, su və digər içkiləri, meyvələri və dəsmalları öz çamadanına yığıb. Təmizlik işçisinin sözlərinə görə, turistin çamadanı açıq şəkildə olduğundan bu məhsulları görüb və rəhbərliyə xəbər edib. 

Hotel rəhbərliyi otağa baxış keçirərək turistin mənimsədiyi məhsulları geri götürüb.


Share: