“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “Tercera” qəzeti yazıb.
Koronavirusa yoluxma halları “Bernardo O’Higgins Riquelme” elmi stansiyasında aşkar edilib. Yoluxan 36 nəfərdən 26-sı hərbçi, 10-u isə bazada planlı iş aparan podratçı şirkətin əməkdaşıdır.
Qeyd olunur ki, yoluxanların hamısı simptomlar aşkar olunduqdan sonra tibbi-elmi personal tərəfindən təxliyə edilib və daha sonra PZR testlər veriblər.
Müstəqil.Az