Rusiyalı gömrükçülər azərbaycanlının maşınının baqajından Birinci Dünya Müharibəsi illərindən qalan və daşınması ilə bağlı heç bir sənədi olmayan İsveçrə xəncəri tapıblar.
Mineralovodsk Gömrük İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan vətəndaşı antik silahı sərhəddən keçirməyə cəhd edib.
Qeyd edək ki, azərbaycanlı Bakıya gələrkən saxlanılıb. O, müfəttişə xəncəri dostundan aldığını deyib.
Əldə edilmiş silahlar ekspertizaya göndərilib və nəticədə, xəncərin antik olduğu müəyyənləşib: xəncər 20 min rubl (500 manat – red.) dəyərindədir.
Müstəqil.Az