Aya gedən amerikalı astronavt Bazz Oldrinin pencəyi Nyu-Yorkdakı “Sotheby’s” hərracında 2,77 milyon dollara satılıb.
Bu barədə BBC məlumat yayıb.
Bu uçuş kostyumunu Oldrin 1969-cu ildə “Apollo 11” missiyası zamanı geyinmişdi.
“Kolumbiya” Komandanlıq Modulunun pilotu altı günlük səyahətin çox hissəsini bu pencəklə keçirib, sadəcə Aya endikdə onu skafandrla əvəz edib.
Gödəkçədə ABŞ bayrağı və NASA emblemi var. “Sotheby’s” qeyd edib ki, o, hərracda satılan ən bahalı ABŞ kosmos artefaktına çevrilib. Ümumilikdə 92 yaşlı astronavt satışa 69 şəxsi əşya çıxarıb.
Mənbə: MK.ru