“2023-cü ildə “Apple” şirkətinin baş direktoru Tim Kuk ötən illə müqayisədə 40% daha az maaş alacaq”.
Bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının elektron məlumat bazasındakı məlumatlarda bildirilir.
Sənədə əsasən (“Market Watch” tərəfindən sitat gətirilir), 2023-cü ildə Kukun ümumi gəliri 49 milyon dollar təşkil edəcək ki, bu da 2022-ci ildə nəzərdə tutulan ümumi gəlirlə müqayisədə 40%-dən də azdır.
Qeyd olunur ki, sənəd tərtib edilərkən səhmdarların rəyləri, şirkətin fəaliyyəti və Kukun alınan rəylər fonunda gəlirlərinin tənzimlənməsi ilə bağlı tövsiyəsi nəzərə alınıb.
Mənbə: Vedemosti.ru