“Apple”in yenicə təqdim etdiyi “iOS 12”-nin İNANILMAZ ÖZƏLLİKLƏRİ – FOTOLARLA İZAH

“Apple” şirkəti “WWDC 2018”in açılış mərasimində “iOS” mobil əməliyyat sisteminin 12-ci versiyasını rəsmi şəkildə təqdim edib.

Müstəqil.Az Publika.az-a istinadən xəbər verir ki, sistemin yeni versiyasındakı özəlliklər müştəriləri xeyli həyəcanlandırıb.

Belə ki, yeni “iPhone” əməliyyat sistemi tətbiq edilən cihazların performansını ikiqat artıracaq. Xüsusilə, artırılmış gerçəklik mövzusunda böyük yeniliklər edəcək.

“iOS 12” hansı cihazlara tətbiq ediləcək?

Əməliyyat sistemi bütün sistemdə performansın yaxşılaşdırılmasını təqdim edir. Kamera 70%-ə qədər daha sürətli işləyəcək, klaviatura 50% daha yaxşı görüntülənəcək və yazı yazarkən daha yaxşı həssaslıq verəcək.

Yeniliklər

Yeni özəlliklərdən biri də “Measure”, yəni “Ölçü”dür. Bir nəsnənin ölçülərini götürə biləcəyiniz bu özəllik asanlıqla əşyaları təsbit edir və hər millimetrini ölçə bilir. Artırılmış gerçəkliyin verdiyi seçimlərdən faydalanan “Measure” ilə əlavə üçüncü bir proqramdan istifadə etməyə ehtiyac qalmayacaq.

“iOS”da uzun müddətdir istifadəçilərin xidmətində olan “Narahat Etmək Özəlliyi” də “iOS 12” ilə yenilənəcək.

“iOS 12”nin “Narahat Etmək” modunda aparılan bərpa işləri ilə istifadəçilərin dərs oxuyarkən, dərs müddətində, toplantıda və ya axşam yeməyində ikən həmin anda qala bilməsinə kömək edir.

Ekranın ışğını azaldaraq və səhər yenidən təlimat verilənə qədər kilidli ekranda bütün bildirişləri saxlayaraq istifadəçilərin daha yaxşı yatmalarına kömək edən, yeni bir özəllik də var: “Yatma Zamanı modunda Narahat Etmək Özəlliyi”. “Screen Time” adlı bu özəllik istifadəçinin gün ərzində hansı tətbiqdə nə qədər zaman keçirdiyini yaddaşda saxlayır.

Bildirişlər də dəyişikliyə uğrayır. Bu, təbii ki, istifadəçilərin işinə yarayacaq formada dəyişiklik olacaq. “iOS 12” diqqət dağınıqlığını azaltmağa yardımçı olmaq üçün istifadəçilərə bildirişləri almaq formalarına nəzarət etmək məqsədilə daha çox alternativlər verir.

Yeni sistemlə cihazı tamamilə şəbəkədən xaric saxlamaq və ya birbaşa Bildiriş Mərkəzinə göndərilmələrini istəyərək bildirişləri anında idarə edə bilərsiniz. “Siri” səsli bələdçi isə bildiriş qurğuları üçün aidiyyatı olan xəbərdarlığın növünə görə xəbərdarlıqların aç səslə çalması və ya ləğv edilməsi kimi ağıllı tövsiyələr verəcək.

“iOS 12” eyni anda birdən çox bildirişi görüntüləyib idarə etməyi asanlaşdıran “Qruplaşdırılmış Bildirişlər” özəlliyini də təqdim edir. Məsələn, Vatsapdan gələn bildirişlər ayrı, Feysbukdan gələnlər ayrı parça halında ekranda görüntülənəcək. Bununla da ekrandakı qarışıqlıq tarixə qovuşacaq.

“Facetime”da ciddi bir yenilik edən “Apple” “iOS 12”dən sonra istifadəçilərin “Facetime” vasitəsilə 32 insanla eyni anda görüşə bilmək imkanını da yaradıb.

“Animoji” ilə istifadəçilər onlara verilən müəyyən heyvan fiqurları ilə üzlərini bərabərləşdirib əyləncəli şəkildə öz xüsusi imojilərini yarada bilirdi. “Animoji” “iOS 12” ilə birlikdə 3 yeni obraz da gətirib. Bunlardan ən böyük yenilik isə “Memoji” olub. Bu yeniliklə istifadəmilər özlərinə uyğun saç modeli, dəri rəngi kimi bir çox detala diqqət edərən özlərinəməxsus imojilərini yarada bilər və “Facetime”da görüntülü görüşmə edərkən canlı şəkildə bu imojilərdən istifadə edə bilər.

Qeyd edək ki, şirkət “iOS 12”nin yaradıcılara özəl versiyasını “Apple Yaradıcı Proqramı” üzvlərinə dünən axşam yayımlayıb. Bu ayın növbəti günlərində isə “beta.apple.com” vasitəsilə bir ictimai beta versiyasını “iOS” istifadəçilərinə təqdim edəcək.

“iOS 12” nə zaman gələcək?

“iOS 12”nin hər kəsin istifadəsinə veriləcəyi zaman isə sentyabr ayı olaraq planlaşdırılıb.

“iOS 12” üçün yenilənəcək cihazlar

iPhone: iPhone 5s, iPhone 6, iPhone 6 Plus, iPhone 6s, iPhone 6s Plus, iPhone SE, iPhone 7, iPhone 7 Plus, iPhone 8, iPhone 8 Plus, iPhone X

iPad: iPad Pro (10.5), iPad Pro (2017) iPad 2017, iPad 2018, iPad mini 2, iPad mini 3, iPad mini 4 ve 6. Nəsil iPod Touch.

Share: