Aqrar sığorta fermerlərin və təsərrüfat sahiblərinin məhsullarını və gəlirlərini qoruyacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə aqrar sığorta eksperti Kahin Əsgərov sığortanın aqrar sahədə olan inkişafından danışarkən deyib.
Aqrar sığortanın fermerlərə hansı faydası var?
Azərbaycanda sığorta sahəsində inkişaf gedir maraqlı və faydalı layihələr hazırlanır. Bu təqdirə layiqdir. Sualınıza gəlincə isə deyə bilərəm ki, aqrar sığorta fermerlərin və təsərrüfat sahiblərinin məhsullarını və gəlirlərini qoruyacaq. Əsas bir məqamı qeyd edim ki, Aqrar Sığorta Fondu kommersiya təşkilatı olmadığından onun işi mənfəət əldə etmək deyil, fermerlərin məhsullarını və qazanclarını qorumaqdır. Bu da imkan verəcək ki, fermerlər bu sahədə uzun müddət və rahat fəaliyyət göstərə bilsinlər. Hər bir fermer öz sahəsində artıq rahat və arxayın şəkildə işlərin aparacaq. Bu da iqtisadiyatımız üçün əlavə inkişaf deməkdir.
Bu sahənin mütəxəssisi olaraq hansı təkliflər vermək isdəyərsiniz?
Aqrara sığorta sahəsində çalışan hər kəs üçün onlayn tətbiqlər və fermerlər üçün yeni elektron sığorta müqavilələrin bağlanmasının təkminləşdirilməsini təklif etmək istəyirəm.
Bu sistemin köməyi ilə aqrar sığorta ilə bağlı bütün işlər kağız daşıyıcıları və üzbəüz görüşlərdə deyil, onlayn şəkildə həyata keçirilir.
Prezident İlham Əliyev 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd etmişdir ki, Azərbaycanda kənd təsərrüfatı texnoloji sahəyə çevrilməlidir və burada yeni mexanizmlər, o cümlədən aqrar sığorta mexanizmi tətbiq edilməlidir.