Aquero Ekvadorun “Barselona” klubunda oynayacaq

Aquero Ekvadorun “Barselona” klubunda oynayacaq

Səhhətində yaranan problemlərə görə karyerasını başa vuran argentinalı hücumçu Serxio Aquero 15 aydan sonra ilk dəfə meydana qayıdaraq oynamağa hazırlaşır.

O, ötən mövsüm “Barselona” – “Alaves” matçının 42-ci dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalıb və nəfəs almasında problemlə bağlı xəstəxanaya aparılıb. Nəticədə Serxioya ürək xəstəliyi diaqnozu qoyulub və bu, futbolçunun 33 yaşında karyerasını bitirməsinə səbəb olub.

Aquero 15 dekabr 2021-ci ildə təqaüdə çıxdığını rəsmən elan edib.

Həmin matçdan bir il üç ay sonra futbolçu meydançaya qayıtmaq və Ekvadorun “Barselona” klubunun heyətində yoldaşlıq görüşündə iştirak etməyə hazırlaşır. Aquero kardioloqdan oynamaq üçün icazə aldığını bildirib.

Mənbə: sport24.ru

Share: