Arayik Arutyunyan Kəlbəcərdə – Foto

Arayik Arutyunyan Kəlbəcərdə – Foto

31-ci ildir ki, Azərbaycan Respublikası ərazisinin bir hissəsində qondarılmış separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyan Kəlbəcər rayonunun müvəqqəti(!) olaraq Rusiyanın  nəzarətində qalan Kolətək kəndindəki “Akopavank” adlanan məbədə baş çəkib

Müstəqil.Az  Moderator.az-a istinadən  xəbər verir ki, bu haqda erməni nəşrləri məlumat yayıb.

Baş separatçı Azərbaycana məxsus bəhs edilən abidənin təmir-bərpası üçün müəyyən vəsait ayrılmasına göstəriş verib.

Üzdəniraq ziyarət zamanı Arayiki  erməni apostol kilsəsinin Qarabağ eparxiyasının rəhbəri Vrtanes Abramyan müşayiət edib.

Xatırladaq ki, sözügedən kilsəyə “baş keşiş” təyin olunmuş Ovannes Ovannisyan 20 noyabr razılaşmasından sonrakı xeyli müddət ərzində məbədimizdəki erməni dindarlarına(?) baş keşişlik etmiş işğal dövründə Kəlbəcər rayonunun qanunsuz keşişi olmuş erməni terrorçusudur. Ovannes Ovannisyan birinci Qarabağ müharibəsində də Azərbaycana qarşı vuruşub, oğulları ilə bərabər 2016-cı ilin aprel savaşında da iştirak edib…

44 günlük savaş nəticəsində Kəlbəcərdən ermənilərin çıxmalı olduğu məlum olduğu vaxtda, yəni 2020-ci ilin noyabrında isə bu üzdəniraq “keşiş” əlində avtomat “Erməni xaçkarlarına toxunmayın. Dadivank Azərbaycana verilməyəcək!” bəyan edərək deyib ki, o, məbədi tərk edən deyil, guya onu sonadək qoruyacaq…

“Akobavank” dedikdə erməni xuntası Kəlbəcər rayonunun  Kolətək kəndi yaxınlığında yerləşən İslamdan öncə xristian olmuş qədim Azərbaycan türklərinə məxsus məbədlərdən birini nəzərdə tutur.

Müstəqil.Az 

Share: