“Real”ın yarımmüdafiəçisi Arda Gülər komandada debüt edib.
Apasport.az xəbər verir ki, o, İspaniya Kral Kubokunun 4-cü turunun “Arandina” ilə oyununda (1:3) meydana çıxıb.
Türkiyəli futbolçu matçın start heyətində yer alıb. Madrid klubunun forması ilə debüt edən 18 yaşlı yarımmüdafiəçi 59 dəqiqə meydanda qalıb və göstərdiyi oyunla böyük alqış toplayıb.
Qeyd edək ki, Gülər 2023-cü ilin iyulunda “Fənərbaxça”dan “Real”a keçib.