Argentinanın Santyaqo del Estero əyalətində çərşənbə axşamı 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 2 min nəfər əhalisi olan El Hoyo şəhərindən 23 km şimalda yerləşib. Mənbə 611 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Mənbə: TASS