“Bütün idmançılarımızı təlimatlandırmışdıq ki, ermənilər nə qədər təxribat etməyə çalışsalar da, heç kim onların əməllərinə duymasın”.
Oxu.Az xəbər verir ki, bunu Gürcüstanda keçirilən “Batumi Open” beynəlxalq turniri barədə danışarkən Azərbaycan Karate Do Federasiyasının prezidenti Arif Məmmədov deyib.
O, erməni idmançılarının təxribatlarının gözlənilən olduğunu bildirib:
“Beynəlxalq turnir 10 ölkənin iştirakı ilə keçirilib. Ermənistanın orada böyük heyətlə təmsil olunacağını bilirdik. Komandamıza bu barədə məlumat vermişdik. Erməni idmançılar bizim komandamıza qarşı qeyri-etik hərəkətlər edərək, onlara əl atdılar. Lakin bizim idmançılarımız qalib ölkənin vətəndaşı olaraq onlara heç bir reaksiya vermədilər. Mən buna görə bütün idmançılarımızı təbrik edirəm. Sözün əsl mənasında idmançılarımız Azərbaycanı layiqincə təmsil etdilər”.
Qeyd edək ki, yarışda Ermənistan idmançıları təxribat xarakterli bir sıra əməllərə əl atıblar. Alika Semixovanın finalda qalib gəldiyi erməni idmançı məğlubiyyəti həzm edə bilməyərək, ona əl uzadan təmsilçimizi vurub. Bundan başqa, ermənilər tribunanın qarşısında asılan Azərbaycan bayrağını öz bayraqları ilə örtməyə çalışsalar da, idmançımız Zəki Cəfərzadə sayıq davranaraq onların bu əməlinin qarşısını alıb.