Azərbaycanın Xalq artisti Arif Quliyevin dəfn olunacağı yer müəyyənləşib.
Müstəqil.Az “Report”a istinadən xəbər verir ki, A.Quliyevin cənazəsi bu gün II Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, Xalq artisti A.Quliyev ötən gün axşam saatlarında müalicə aldığı “Yeni klinika”da dünyasını dəyişib.
Bir müddətdir koronavirusa yoluxan sənətçinin ağ ciyərinin 90 faizi zədələndiyi üçün süni tənəffüs aparatına qoşulmuşdu.