“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Qazaxıstanda keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində istifadə ediləcək silah və texnikaya baxış keçirilib.
Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, Silah və döyüş texnikası qəbul edildikdən sonra artilleriyaçılarımız müsabiqənin mərhələlərinin keçilməsi üsullarının məşqinə başlayıblar.
Püşkatmanın nəticələrinə əsasən, birinci mərhələdə artilleriyaçılarımız Rusiya, Venesuela və Zimbabve komandaları ilə yarışacaqlar.
Müsabiqə avqustun 17-dək davam edəcək.