Artıq çəkili olduğu üçün təyyarəyə buraxılmadı

Artıq çəkili olduğu üçün təyyarəyə buraxılmadı

Sosial media fenomeni artıq çəkili olduğu üçün təyyarəyə minməsinə icazə verilməyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı sosial media fenomeni Juliana Nehme bilet alsa da, təyyarəyə buraxılmayıb.

Ona oturacaq üçün çox böyük olduğu deyilib. Bu səbəbdən ayrı-seçkiliyə məruz qaldığını iddia edən fenomen instaqram hesabında yaşadıqlarını paylaşıb.

“Çəkimə görə ayrı-seçkiliyə məruz qaldım, baş verənlər mənim üçün kabusdur”,-deyə fenomen bildirib.

Səyahət hüququ rədd edilən sosial media fenomeninə minlərlə dəstək mesajı yağıb.


Share: