2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri Milli Məclisin plenar iclaslarında müzakirəyə çıxarılıb.
Modern.az-ın məlumatına görə, büdcə müzakirələri ilə bağlı parlamentin plenar iclasları 3 gün davam edəcək.
İclasa rəhbərliyi Milli Məclisin sədri Oqtay Əsədov edir.
İclasda baş nazir Artur Rasizadə, maliyyə naziri Samir Şərifov və s vəzifəli şəxslər iştirak edir.