Şirvan şəhərində döyülmə hadisəsi baş verib.
Müstəqil.Az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, qəsəbə sakini, 1981-ci il təvəllüdlü Rövşən Mikayıl oğlu Abdullayev həyat yoldaşı tərəfindən bellə döyülərək müxtəlif xəsarətlər alıb.
O, Şirvan şəhər Mərkəzi Xəstəxanasında ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Müstəqil.Az